Cənab Prezidentin hər bir vəzifəli şəxsdən vətəndaş problemlərinə diqqətlə yanaşılmasını tələb etməsi fəaliyyətimdə proitetidir.

Ölkə vətəndaşlarının gündəlik problemlərinin həlli məsələlərini, onların sosial rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanlara münasibəti hər birimiz üçün örnəkdir.

Hər bir vəzifəli şəxsdən vətəndaş problemlərinə diqqətlə yanaşılmasını tələb etməklə yanaşı, bu sahədə özü də onlara nümunə göstərən, həssas kateqoriyadan olan vətəndaşlarımıza – şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı nümayiş etdirən cənab Prezidentin bu istiqamətdə apardığı siyasət mənim fəaliyyətimdə prioritetdir.

Ölkə başçısının yürütdüyü siyasətə dəstək olaraq vətəndaşlarımızın problemlərinin həlli üçün bacardığımı əsirgəmir, onların aradan qaldırılması üçün səy göstərirəm.

Seçicim Rzayev Mirdamət Hacıağa oğlu Birinci Qarabağ müharibəsi veteranıdır, Salyan şəhərində yaşayır. “Qarabağ veteranları, şəhid ailələri, müharibə veteranları” İctimai Birliyinin Salyan şöbəsinin fəal üzvlərindən biridir.

Abdullayeva Vəfa Vədayət qızı isə Salyan rayonunun fəal gənclərindən biridir.

Rayonda keçirdiyim qəbul zamanı Mirdamət Rzayev və Vəfa Abdullayeva mənə müraciət edərək problemlərinin həllində yardımçı olmağımı xahiş etmişdilər.

Müvafiq araşdırmalardan sonra səlahiyyətlərim çərçivəsində problemlərin aradan qaldırılmasına nail oldum. Bu günlərdə hər iki seçicim təşəkkür üçün rayonda keçirdiyim qəbula gəlmişdi.
Millət Vəkili Jalə Əhmədova

Comments are closed.

Tərcümə »