Mən dünyada MÜƏLLİM adından yüksək, şərəfli bir ad tanımıram. HEYDƏR ƏLİYEV.

0

Həyatda sahib olduğumuz hər nə varsa memarı müəllimlərdir.. Müəllimlərin hər birimizin üzərimizdəki əmək və zəhmətləri danılmazdır. “Müəllim(ə)”- adı ağırlığında ciddi və eyni zamanda məhsuliyyətli yük yoxdur. Bu yükü layiqincə daşıyan MÜƏLLİMLƏRİMİZLƏ FƏXR EDİRİK .

Həyatda elə insanlar var ki, onların ömrü çırağa bənzəyir. Zehni, ağılı ilə özündən çox-çox uzaq ətraflara işıq saçır. Onlar üçün ömür yolu ilk növbədə millət, xalq, ən önəmlisi isə bilik verdikləri şagirdlər üçün kamilliyə gedən yoldur. Belə ömür sahibləri yalnız özləri üçün yaşamırlar. Onlar daima elm öyrətmək, yaxşılıq etmək, mərhəmət göstərmək rəftarında bulunurlar. Bələ insanlar ALLAHIN SEÇİLMİŞ BƏNDƏLƏRİDİR.
Məhz bu seçilmişlərdən biri də öz ehtibarlığı, səmimiliyi, mehribanlığı,vətənpərvərliyilə sevilib-seçilən Azərbaycanın görkəmli şairəsi PƏRVANƏ HƏŞİMOVADIR.

Pərvanə xanım Qax rayon, ŞƏHİD ELÇİN ŞAHMƏRDANOV adına Tasmalı kənd tam orta məktəbinin tədris təhsil sahəsində 37 illik iş fəaliyyətində təlim-tərbiyyəsilə bir çoxlarına nümunə olmuş. Məktəbdə təşkilatçı, dil-ədəbiyyat müəlliməsi kimi çalışsa da, həmkarlarına yeri gələndə bacı, şagirdlərə isə, ana olmuşdur. İnsanlar nə zaman müdirikləşir?! Odlu-alovlu yolları, keşməkeşli həyatı səbrlə, təmkinlə qarşılayıb, ağılla- anlayışla Allahın alın yazısına boyun əyən zaman insanlar müdiriklük zirvəsinə yüksəlirlər. Bu müdiriklüyün ümdəsi, həyatdan yetərincə dərs almış MÜDİRİK PƏRVANƏ xanımın qismətinə yazılıb. Müəllimənin fəaliyyətlərini sadalamaqla bitmir.

Pərvanə xanım bir çox layihələrin təşəbbüskarı, kənddəki minlərlə ailənin ziya nuru, gözlərinin işığı, sözün əsil mənasında xalqımızın ziyalı xanımdır.

Qafqaz media Içtimai birliyinin xətti ilə keçirilən yardım fonduna mənəvi dəstək,
“Mənim Polisim məni qoruyur”- layihəsinin təşəbbüskarı və layihənin hətta 1- ci yerin qalibi,
yüzlərlə publistik və bir elmi məqalənin, iki kitabın müəllifi olan Pərvanə xanım Milli Həmrəylik Partiyasının fəal üzvü və təşkilatçısıdır..

Qeyd etmək istəyirəm ki, Pərvanə xanımın şagirdləri çox şanslıdırlar. Şagirdləri qazandıqları nəaliyyətlərin sevincində Pərvanə xanımının da payı var. Son illərdə Müəllimənin iki şagirdinin şer və məqalələr kitabı işıq üzü görüb. Nəşr zamanı hər iki şagirdin kitabının ön sözünü Pərvanə müəllimə öz dəsti xətti ilə yazıb. Gözəllik yaradan əlləri alqışlayırıq. Pərvanə müəllimə ziyalı xanım olmaqla yanaşı, ailədə də qayğıkeş ana, cəmiyyətdə gözəl xanım kimi yorulmadan öz diqqət və qayğısını heç kimdən əsirgəmir. Bu nəaliyyətlər hamısı çox qürurverici və gözəl hisslərdi.

Dünyanı gözəllik xilas edəcək… Bu gözəlliyi yaradanlara sayğı və hörmət hər bir Azərbaycanlı vətəndaşın borcudur..

Nailə MURADOVA – Şairə. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »