“BakıKart”ın problemi nə vaxt həll ediləcək? -Rəsmi AÇIQLAMA

Avqust ayından etibarən “BakıKart” tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.

İctimai Rəy bildirir ki, Modern.az “BakıKart”ın fəaliyyətinin nə vaxt bərpa ediləcəyini öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, “BakıKart” tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: “Tətbiq yaxın günlərdə istifadəyə veriləcək”.

Qeyd edilib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:

“Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, BirBank və M10 tətbiqlərində QR yartamaqla) istifadə edə bilərlər”.

Comments are closed.

Tərcümə »