Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 109 yaşlı Əhmədova Nübar Mayıl qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Comments are closed.