TƏCİLİ: Mingəçevir su anbarında ZƏLZƏLƏ

Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.

İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

Comments are closed.

Tərcümə »