İran və Rusiya xarici işlər nazirləri Putin və Raisi arasında görüş təşkil etməyi qəbul ediblər.
İctimairey.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian jurnalistlərə açıqlamasında Moskva və Tehran Rusiya Federasiyası və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında görüş təşkil etməyi razılaşdırıb.
” Yaxın bir zamanda, ümid edirik ki, paytaxtlardan birində ölkələrimizin prezidentləri görüş keçirə biləcəklər. Bu mövzuda razılaşmamız, əlaqələrimizin ölkələrimiz arasında strateji və imtiyazlı olduğunu göstərir. İran İslam Respublikası Rusiyanı strateji tərəfdaş olaraq qəbul edir ” – deyə İran xarici işlər naziri, Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların ardından bildirib.
O əlavə edib ki, Rusiya İranın xarici siyasətində prioritet yer tutur və yaxın gələcəkdə ikitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişafını görmək mümkün olacağına ümid etdiyini bildirir.
İctimairey.az