Əli Əsədovdan YENİ QƏRAR – 3 il qüvvədə olacaq

0

Nazirlər Kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.

İctimai Rəy xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarla, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, gömrük rüsumlarından azad olunmaqla idxal edilən bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı təsdiq edilb.

Qərar bu il iyunun 1-dən tətbiq edilir və 3 il qüvvədə olacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »