İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir

0

Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

İctimai Rəy xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa ünvanladığı məktubda bildirilib.

“Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”, – məktubda vurğulanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »