Diplomat “dərisi” geyinmiş casus…

0

Dünyanın müxtəlif ölkələrində Fransa dövlətini təmsil edən fövqəladə və səlahiyyətli səfirlərin diplomat olmaqla yanaşı, həm də kəşfiyyatçı-casus olmaqları artıq heç kimdə şübhə doğurmur.

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini də istisna deyil. O da casusdur. Həm də peşəkar casusdur.
Əgər biraz da dərin izləmə və araşdırma aparılsa, Dekottininin birbaşa DGSE-nin (Fransa Xarici Siyasət və Hərbi Kəşfiyyat Xidməti) əməkdaşı olduğunu isbatlamaq heç də çətin olmaz.

Olivye Dekottininin bu günlərdə Zəngəzura gizli səfər etməsi və Azərbaycanla sərhədə gəlib binoklla mövqelərimizi izləməsi də onun səfirdən daha çox kəşfiyyatçı olduğunu təsdiqləyir.

Lakin Azərbaycan tərəfinin bu faktın üstünü isti izlərlə açması Dekottinini çətin vəziyyətə salıb və o, Zəngəzur səfərinin gizlilik pərdəsinin faş olunduğunu görərək sözügedən səfər barədə sosial şəbəkədə paylaşım etməli olub. Buna zorən paylaşım, gecikmiş paylaşım və ya postfaktum paylaşım deyirlər.
Görünən budur ki, Dekotini çox pis yaxalanıb. Özünü də, ölkəsini də ələ verib, axmaq duruma salıb.

Gizli səfərin deşifrə olunmasına görə yəqin ki, səfir Dekotinini Parisə çağırıb, başını biraz “sığallayacaqlar”.
Ümumən isə, səfirin casusluq fəaliyyəti ilə məşğul olmasının üzə çıxması faktı Fransa dövləti adına rəzalətdir.

Makron xarici ölkələrdəki fransız səfirliklərini sözün əsl mənasında total casus yuvalarına çevirib. Ona görə də günün birində fransalı diplomatların müxtəlif ölkələrdən qovulması xəbərlərini eşitsək, buna əsla təəssüflənməməliyik. Fransanın Nigerdəki səfirinin keçən il “persona non-qrata” (arzuolunmaz şəxs) elan olunması da buna əyani misaldır.

P.S.
Bu gedişlə Fransa, ABŞ, Avropa İttifaqı, Rusiya, Hindistan və İran bütövlükdə Ermənistanın özünü casusxanaya çevirəcəklər.

P.P.S.
Zəngəzur dəhlizinin açılmasına qarşı Fransa-İran-Hindistan “oyun”ları isə davam edir. Olivye Dekotininin Zəngəzura gəlib, oradan guya Azərbaycanın “suveren Ermənistanın Nerkin Hand rayonunun bir hissəsini işğal etməsi” iddiası ilə çıxış etməsi də elə Zəngəzur dəhlizinin açılmasının əngəllənməsinə hesablanmış təxribatçı bir addımdır.

Araşdırmaçı jurnalist Bəybala Mirzəyev

Leave A Reply

Your email address will not be published.

Tərcümə »