Polis əməkdaşları həftəsonu ölkə ərazisində 57 kiloqramdan artıq narkotik aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 26-da və 27-də ümumi çəkisi 57 kiloqramdan artıq narkotik vasitə, həmçinin 490 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 51 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.