ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
İctimai Rəy Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat verib.
Blinken və Fidan Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə ediblər.
“Telefon danışığında nazirlər Cənubi Qafqazda hər kəs üçün faydalı olan çərçivə ilə gücləndirilmiş, ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini bildiriblər”, – Miller vurğulayıb.