“Qarabağ” – “Ayaks”: tarixdə İLK qarşılaşma

0

Bu gün Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.

İctimai Rəy qol.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland “Ayaks”ı ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olacaq.

Lakin buna qədər Ağdam klubu iki dəfə Avropa Liqasının təsnifatının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə qarşılaşıb. Bir dəfə (2009-cu il) mərhələ adlayan hollandlar, bir dəfə isə “Qarabağ” (2014-cü il) olub. Bununla belə, bu matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb. Oyunlarda 3-ü heç-heç bitib, 1-də isə “Tvente” qələbə qazanıb.

“Qarabağ” hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda isə “Malmö”yə uduzub (1:2).

Aktivində 4 xal olan “Ayaks” isə 8-ci pillədədir. Komanda 1-ci turda “Beşiktaş”ı darmadağın edib (4:0), 2-ci turda “Slaviya” ilə bərabərə qalıb (1:1).

Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)

Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)

Tofiq Bəhramov adına Respublika Stadionu.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »