Əhaliyə XƏBƏRDARLIQ – Bu səhər ƏN GÜCLÜ…

0

Oktyabrın 9-dan bəri ilk dəfə Günəşdə ən yüksək sinif X3.3 olan yeni alışma qeydə alınıb.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Oktyabrın 24-də Bakı vaxtı ilə saat 07:57-də 3869 (S16E76) günəş ləkələri qrupunda rentgen diapazonunda 44 dəqiqə davam edən X3.3 alışma aşkar edilib”, – deyə institutun açıqlamasında bildirilib.

Alışmadan sonra günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi beş göstərici miqyasında R3 (güclü) səviyyəsinə çatıb, burada ən yüksək R5 (ekstremal) səviyyə qeydə alına bilir.

Günəşdə partlayış beş sinifə bölünür: A, B, C, M və X. Onlar günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları Yerə çatdıqda maqnit qasırğaları qeydə alınır.

Xatırladaq ki, oktyabrın 16-da ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri 11 illik dövr ərzində günəşin pik aktivliyi dövrünün başlandığını rəsmən təsdiqləyiblər./Gundem.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »