Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda yağıntılarla bağlı su basmış ərazilərə gedib.
Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür.
Nazir görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.