UEFA Millətlər Liqası: Türkiyə və İtaliya yığmalarından qələbə

0

UEFA Millətlər Liqasının IV turunda daha bir neçə oyun baş tutub.

“Report” xəbər verir ki, turun ikinci oyun günündə Azərbaycanla yanaşı, Türkiyə yığması da meydana çıxıb.

B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiyanın qonağı olub. Qarşılaşma Türkiyə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Maraqlı oyunlardan biri də Almaniyada keçirilib. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşıb. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin digər rəqiblərindən İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gəlib. Oyun İsveç yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Millətlər Liqası

IV tur

14 oktyabr

A Liqası

II qrup

22:45. İtaliya – İsrail 4:1

22:45. Belçika – Fransa 1:2

III qrup

22:45. Almaniya – Niderland 1:0

22:45. Bosniya və Herseqovina – Macarıstan 0:2

B Liqası

I qrup

20:00. Gürcüstan – Albaniya 0:1

22:45. Ukrayna – Çexiya 0:1

IV qrup

22:45. Uels – Monteneqrov 1:0

22:45. İslandiya – Türkiyə 2:4

C Liqası

I qrup

20:00. Azərbaycan – Slovakiya 1:3

22:45. Estoniya – İsveç 0:3

Qeyd edək ki, Millətlər Liqasında IV tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »