Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 140-cı km-də, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1962-ci il təvəllüdlü Əzizov Ziyadxan Adıbala oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Mişarçaya düşüb. Nəticədə sürücü və sərnişini, 1973-cü il təvəllüdlü Teymurova Tofiqə Kamil qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.