Bakının Suraxanı rayonunda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Rzayev Rövşən Abdulla oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır