MEDİA Azərbaycan Rəhbərliyi adından saxta məlumatla bağlı açıqlama yaydı

0
“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılıb.

İctimai Rəy xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilib.

“Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilmiş və paylaşımın “X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır”, – məlumatda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »