Bakıda yeniyetməni avtomobil vurub öldürüb, sürücü hadisə yerindən qaçıb

0

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

İctimai Rəy APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Kərimov İlkin Kamal oğlu yolu keçərkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »