“4 Xalq artistini bir çağırır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər”

0

Əməkdar artist Təyyar Bayramov verilişlərdən şikayətçidir.

İctimai Rəy axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.

Xanəndə aparıcıları məzəmmət edib: “Efirə çağıranda deyirlər ki, muğamı az oxuyun. Daha əhval-ruhiyəli ifalar edin”.

Xalq artisti Zabit Nəbizadə onun fikirlərini təsdiqləyib. Xanəndə hətta efirdə ümumiyyətlə, muğam oxunmasını istəməyən verilişlərin olduğunu vurğulayıb:

“Deyirəm, onda məni niyə çağırmısınız? Efirlərdir, onları işıqlandıran. Meyxana deyənlər belə başlayıb mahnı oxumağa”.

T.Bayramov verilişin bir bölümünün tamamilə bayağı mahnı ifa edən müğənnilərə həsr olunmasına da əsəbiləşib:

“Efirlər 4 Xalq artistini bir verilişə yığır, bayağı oxuyana isə götürüb xüsusi buraxılış həsr edirlər. Efirlər onu brendləşdirir. Sənətkarı çağırıb, ondan danışmaq lazımdır. Baxın, hansı muğam ifaçısını tək gətirib veriliş çəkmisiniz?”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »