Köhnə qatarlar metroda istismardan nə vaxt çıxarılacaq?

0

“Bakı Metropoliteni” QSC-də intervalın azalması qatarların sayının artırmasından asılı deyil.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin depolar üzrə iş departamentini rəisi Faiq Əhmədov bildirib.

Departament rəisi həmçinin qeyd edib ki, köhnə nəsil qatarlarının ən sonuncusunun istismardan çıxarılma müddəti 2042-ci ilədir.

Onun sözlərinə görə, o müddətə qədər bu qatarlardan istifadə olunacaq.

“Ancaq köhnə qatarlar tədricən istismardan çıxarılır. Bu il bir qatar istismardan çıxarılacaq. Ümumi götürdükdə metro qatarlarının 50 faizi yenilənib. Hər il bir neçə köhnə qatar istismardan çıxarılacaq və tədricən köhnə nəsil qatarlar istismardan çıxarılaraq yeni nəsil qatarlar bütün xətləri əhatə edəcək”,- deyə F.Əhmədov bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »