Aeroport yolundan istifadə edənlərin NƏZƏRİNƏ

0

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

İctimai Rəy xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda, tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »