FIFA referisi İnqilab Məmmədov çimərlik futbolu üzrə dünya çempionatına təyinat alıb.
İctimai Rəy AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz yarışın Avropa zonası üzrə seçmə mərhələsində idarəçilik edəcək.
Seçmə mərhələnin oyunları oktyabrın 4-13-ü aralığında İspaniyanın Kadis şəhərində keçiriləcək.