PFL rəsmisi UEFA tərəfindən təyinat alıb

0

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

“Report” xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda, oktyabrın 11-də keçiriləcək Çexiya – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının I qrupunun qarşılaşması Praqa şəhərində yerləşən “Etep Arena”da keçiriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »