VII çağırış Milli Məclisin payız sessiyası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.
Deputatların və Məzahir Pənahovun rəhbərliyi ilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin iştirak etdiyi iclas Dövlət Himninin oxunması ilə başlayıb.
Spiker Sahibə Qafarova payız sessiyasının ilk iclasında giriş nitqi ilə çıxış edib, bundan öncə keçirilən iclasda iştirak və çıxış edən Prezident İlham Əliyevə təşəkkür edib. Daha sonra deputat vəsiqələrinin təqdim olunması mərasiminə başlanılıb.\\musavat\\