JF-17C təyyarələri Azərbaycan hərbi hava qüvvələrinin arsenalına daxil edilib

0

Müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan hərbi hava qüvvələrinin arsenalına daxil edilib.

“Report”un xəbərinə görə, JF-17C (Block-III) təyyarələri Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »