Ağcabədidə iki avtomobil toqquşub, ölən var

0

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Mahir Şükürzadənin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Tofaş” markalı avtomobillə toqquşub.

Nəticədə Mahir Şükürzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »