Bakıda Nazim Hikmət küçəsindən dairəvi yola çıxış genişləndirilir

0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Nazim Hikmət küçəsindən Bakı Dairəvi Yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri həyata keçirir.

İctimai Rəy agentliyə istinadən xəbər verir ki, məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Ardınca asfaltlanma işlərinin icrası həyata keçiriləcək, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa ediləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »