Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqust ayının 1-i vəziyyətinə 10 milyon 204 min 247 nəfərə çatıb.
İctimai Rəy xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.