Xərçəng xəstəliyinin və ürəyin dərmanı…

0

Evdə hazırlanmış tomat pastası təkcə dadı ilə deyil, həm də vitamin mənbəyi kimi seçilir. Araşdırmalara görə, pomidor və bibər pastası ürək sağlamlığını qoruyur, xərçəng riskini azaldır, immuniteti gücləndirir.

Evdə hazırlanmış tomat pastası yeməklərə həm dad, həm də sağlamlıq qatır. Ev şəraitində hazırlanan tomat və bibər pastasında əlavələr olmur. Fərqli aroması və teksturası ilə daha çox ləzzət ehtiva edir. Ancaq tomat pastası hazırlayarkən bəzi vacib məqamları nəzərə almaq lazımdır.

Tomat pastası əsrlərdir yay aylarında yetişdirilən pomidor və ya qırmızı bibərlə hazırlanır. Dadı ilə əlaqədar mətbəxlərdə istifadə edilən çox yönlü bir qidadır. Bazarlarda satılan uzun saxlama müddəti olan konservləşdirilmiş tomat pastasını istehlak etmək məna kəsb etmir. Evdə sterilizasiya qaydalarına uyğun ərsəyə gətirilən tomat pastası saxlama şərtlərinə əməl olunarsa daha sağlamdır.

Toxum və qabıqlarını ayıraraq əldə edilən pomidor püresi qaynatmaq və ya günəş altında saxlamaq üsullarıyla tomat pastası halına gətirilir.

Oksigenə məruz qaldıqda tez xarab ola, rəngini, dadını və teksturasını dəyişə bilən tomat pastasının düzgün saxlama qaydaları belədir:

Tomat pastası üçün düzgün qablar seçilməlidir. Bankalar şüşədən hazırlanmalı və qapaqları hava keçirməz olmalıdır. Doğru qablar ləzzəti qoruyacaq və arzuolunmaz kimyəvi maddələrin tomat pastasına təsir etməsinin qarşısını alacaq.

Bankalar istifadə etməzdən əvvəl düzgün sterilizasiya edilməli və qapaqları möhkəm bağlanılmalıdır.

Prosesi başa çatdıqdan sonra tomat pastası sərin, qaranlıq yerdə saxlanmalı, birbaşa günəş işığı olmayan yerlər seçilməlidir.

Ən yaxşı dadı əldə etmək üçün 6-8 ay ərzində istehlak etmək idealdır.

İstifadədən əvvəl həmişə xarab olma əlamətlərinə görə yoxlanılmalıdır.

Evdə hazırlanmış tomat pastası təkcə dadı ilə deyil, çoxsaylı faydaları ilə də diqqət çəkir. Pomidor və bibər A, C vitaminləri və minerallarla zəngindir. Tomat pastasında sərbəst radikallarla mübarizə aparan antioksidanlar var. Tomat pastasının tərkibindəki lif həzm sistemini dəstəkləyir. Xüsusilə pomidor A, C və E vitaminləri ilə yanaşı, kalium kimi minerallar və likopen kimi antioksidanlar baxımından da zəngin bir qaynaqdır.

Araşdırmalar pomidorun ürək sağlamlığını qoruduğunu, bəzi xərçəng növləri riskini azaltmaqda və toxunulmazlığı artırmaqda təsirli olduğunu göstərib./Teleqraf.com/

Leave A Reply

Your email address will not be published.

Tərcümə »