MƏŞHUR BOKSYOR MANNY PAKIAO FİLİPPİNLƏRİN PREZİDENTİ OLUNUR.

0

 

Boks ulduzu və Filippin senatoru Menni Pakyao prezidentliyə namizəd olacağını açıqlayıb. İdmançı ölkənin hakim partiyası “FDP-Laban” tərəfindən irəli sürülüb.
________________________________________
Pakyao seçkilərə qatıldığını təsdiqləyib. O, hökumətdəki korrupsiyaya və Çinlə həddindən artıq yaxın münasibətlərə qarşıdır.

Filippin senatoru boksçu Menny Pakyao, – “Filippin Respublikası prezidentliyinə namizəd olaraq, bildirirəm ki, – Bizə inkişaf lazımdır. Yoxsulluğun öhdəsindən gəlməliyik. Hökumətin insanlarımıza dürüstlük, şəfqət və şəffaflıqla xidmət etməsinə ehtiyacımız var”.

Bir çoxları bu təklifi qəbul etmək istəməyib, onu tənqid edir və Mennini lazımi siyasi təcrübənin olmamasını qeyd edir.
Amma onu layiqli namizəd kimi görənlər də var. Bir çox xalq nümayəndələri tərəfindən alqışla qarşılanır.

“Pakyaonu sevirəm”, – çörək taciri Mario Aranho deyib. – Ona bir şans verməliyik. Digər namizədlər təcrübəli, ağıllıdırlar, amma bizim üçün heç nə etmədilər. Menninin nəyə qadir olduğunu görmək lazımdır. O, korrupsioner deyil, çünki artıq kifayət qədər varlıdır. ”

Qeyd edək ki, Menny Pakyao kasıb bir Filippin ailəsin övladıdır və boksçu karyerasına 16 yaşında başlayıbdı. Tarixə düşüb və səkkiz çəki dərəcəsində çempion adını alan yeganə döyüşçü olaraq, bütün dünyada məşhur olub. İdmançı 2016 -cı ildən senator vəzifəsində çalışır.
Pakyao xalq arasında çox populyardır. O, ənənəvi olaraq, ictimai rəy sorğularında ən üst sıralardan birini tutsa da, prezidentin qızı Sara Duterte-Carpio həmişə birinci yerdədir.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »