Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb”, – açıqlmada bildirilib.