Azərbaycan Basketbol Federasiyası milliyə namizəd yeniyetmələrə baxış keçirəcək

Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Şurası yeniyetmə oğlanlar arasından millilərə namizəd olan basketbolçulara baxış təşkil edəcəklər.

İctimai Rəy xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçiriləcək seçimlərdə tələblərə cavab verən yeniyetmə basketbolçular milli komandaların düşərgəsinə cəlb olunacaqlar.

Qeyd edək ki, sentyabrın 5-6-da Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq toplanış baxış xarakteri daşıyacaq.

Comments are closed.

Tərcümə »