Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasında çıxış etsə də, demək olar ki, heç kim onu dinləməyə gəlmədi. Politoloq Dmitri Juravlev PolitRussia -ya verdiyi müsahibədə bunu Ukrayna liderinin və açıqlamalarının heç kim üçün maraq kəsb etmədiyi ilə izah edib.
Zelenski praktiki olaraq, dinləyicilərin yoxluğunda baş tutan BMT Baş Assambleyasındakı nitqinə görə lağa qoyuldu. Ukraynalı blogger və jurnalist Anatoli Şari Telegram kanalında Ukrayna Prezidentinin çıxışı zamanı çəkilmiş, boş auditoriyanın fotosunu yayımlayıb.
“Furor!” – Anatoli Şari istehza ilə qeyd edib.
Regional Problemlər İnstitutunun rəhbəri, politoloq Dmitri Juravlev, – BMT Baş Assambleyasının dünya arenasında heç bir qərar verilmədiyi, amma hamının danışmaq imkanı olduğu bir növ “super parlament” rolunu oynadığını söyləyib.
“Bu səbəbdən, orada çox sadə bir sxem hazırlanıb: spiker danışarsa, heç olmasa nəsə fikrindən asılıdırsa, insanlar zala girirlər”, – ekspert qeyd edib.
Spikerə görə, insanların, məsələn, Rusiya prezidenti, ABŞ rəhbəri və Fransa liderinin nə deyəcəyini bilməsi vacib olduğundan, bu siyasətçilərin çıxışları zamanı zal dolu olur.
“Ancaq xəritədə tapıla bilmədikləri hər hansı bir “Afrika “ölkələrindən siyasətçi çıxış etdikdə, hamı zaldan çıxır. Kimsə qəhvə içməyə gedir, kimsə – həmkarları və dostları ilə söhbət etməyə, kimsə adamlarla qısa danışıqlar aparır. Həmişə belə olub: İlk Baş Assambleyadan tutmuş, bu günə qədər ”- deyə Dmitri Juravlev izah edib.
Esmira ŞÜKÜROVA. İctimairey.az