Ərdoğan: ABŞ-ın heç bir prezidentinin Bayden dövründə olduğu qədər pis vəziyyəti olmayıb
Türkiyə prezidenti Tayyib Ərdoğan, ABŞ-ın Suriyadakı kürd birləşmələrinə hərbi dəstəyini artırdığını və Amerikada heç bir liderinin indiki prezident Jo Bayden dövründə olduğu qədər pis vəziyyətinin olmadığını söyləyib.
“İki NATO ölkəsi olaraq, Türkiyə ilə ABŞ arasında tamamilə fərqli münasibətlər olmalıdır. Heç bir ABŞ lideri dövründə belə bir (pis) vəziyyət yaşanmamışdır. Vaşinqton bölgədəki terrorçuları daha çox dəstəkləyir”- deyə Ərdoğan jurnalistlərə söyləyib.
Bundan əvvəl, Ankara dəfələrlə Vaşinqtonu Türkiyədə qadağan edilmiş Suriya kürdlərinin özünümüdafiə qüvvələrinə silah verməkdə günahlandırmışdı.
İctimairey.az