İstintaq Komitəsinin Perm Ərazisi üzrə rəisi Sergey Sarapultsev intihar edib. Bazar ertəsi günü Permdəki universitetdə törədilən faciədən sonra, RF-nın İK-nin sədri hadisə ilə bağlı şəhərə gəlib.
İctimairey.az xəbər verir ki, bu gün bütün mediya qrumlarının gündəmini belə bir məlumat zəbt edib – “Bu gün Rusiya Federasiyası İstintaq Komitəsinin Perm Ərazisi üzrə İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki Sergey Sarapultsev intihar edib. Evində ölü tapılıb. Ölümünün səbəbləri barədə məlumat verilmir. İK-nin ofisində hadisə ilə bağlı yoxlama aparılır”.
Segey Sarapultsev 2018-ci ildən Perm İK-nin rəisi vəzifəsində çalışıbdı.
İdarənin əməkdaşı Svetlana Petrenko Sarapultsevin ölümü faktı ilə əlaqədar olaraq, İK-in mərkəzi ofisində jurnalistlərə müsahibəsində bildirib ki, – Bir gün əvvəl şöbə rəisi Aleksander Bastrykinin Permə səfər edib. Keçirilən iclasda müstəntiqlər Bastrykinə Perm Milli Araşdırma Universitetində baş verən qətliamla bağlı araşdırmanın gedişi barədə məlumat veriblər.”
“Sarapultsev ailə problemləri səbəbindən intihar edib. Bu, baş verənlərin ilkin, lakin əsas versiyasıdır. Universtetdə törədilən qətllə əlaqəsi yoxdur”, – deyə, mənbə bildirib.
Xəbər verilir ki, Moskva İK-nin mərkəzi ofisinin əməkdaşları yoxlama üçün Permə gələcəklər. İdarənin mətbuat xidməti hələlik onun ölümü ilə bağlı məlumatı şərh etməyib.
Qeyd edək ki, Lenta.ru-ya həmsöhbətlərindən biri, belə bir məlumat verib ki, polkovnikin ölümündən bir neçə saat əvvəl keçirilən iclasda, onu istintaqın pis təşkilinə və əhalidən gələn şikayətlərə gec cavab verilməsinə görə ittiham ediblər. İttihamların əsassız olmasına baxmayaraq, görüşdən sonra, işdən azad olunmağa hazırlaşmasına da işarə ediblər.
Esmira ŞÜKÜROVA. İctimairey.az