Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
İctimai Rəy fanat.az-a istinadla xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən, tarixində ilk dəfə pley-offda iştirak edən “Zirə” də növbəti oyununa çəxacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv cavab matçında Bakıda Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edəcək.
Qeyd edək ki, Nikosiyadakı ilk oyunda təmsilçimiz 6 cavabsız qolla məğlub olub.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
29 avqust
20:00. “Zirə” – “Omoniya” (Kipr)
Hakimlər: Raymond Tatrix, Artur Şakurov, Aleksandr Anufriyev
Mərdəkan. “Liv Bona Dea Arena”.