Əhalinin banklardakı pulu niyə azalıb?-VİDEO

0

Baku TV paytaxt sakinləri arasında “pulunuzu bankda, yoxsa evdə saxlamağa üstünlük verirsiniz?”, – sualı ilə sorğu keçirib.

Məlum olub ki, vətəndaşların çoxu banklara etibar etmir, tez-tez problem yarandığı üçün pulu evdə saxlamağın tərəfdarıdır.

“Həyat yoldaşımın kartından 5000 manat pul oğurlayıblar. Polisə müraciət etsək də, nəticə olmadı. Ona görə də, evdə saxlamaq daha yaxşıdır”, – deyə sakin söyləyib.

Elə rəsmi göstəricilər də bu fikirlərlə üst-üstə düşür. Belə ki, əhalinin banklardakı vəsaitləri azalmağa başlayıb.

Mərkəzi Bankın məlumatına görə, əhalinin əmanətləri 2024-cü ilin iyun ayı ilə müqayisədə iyulda 217 milyon 400 min manat az olub.

Ümumilikdə isə bir ay ərzində kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlər 1 milyard 263,3 milyon manat azalıb. Mərkəzi Bank isə bəyan edib ki, əmanətlərin azalması “Naxçıvanbank”ın lisenziyasının ləğv olunması ilə bağlıdır. Rəsmi məlumata görə, bu bankda hələ 2023-cü ilin sonunda cəmi 63 milyon 418 min manat depozit olub. Lakin kredit təşkilatlarındakı sözügedən azalma bundan dəfələrlə çoxdur.

Daha ətraflı Baku TV-nin materialında:

Leave A Reply

Your email address will not be published.

Tərcümə »