Bakıda qadın itkin düşüb.
Lent.az xəbər verir ki, 75 yaşlı daun sindromlu Buşkina Lyubov Nikolayevna Nizami rayonu ərazisindəki “8-ci kilometr” bazarında naməlum istiqamətdə gedərək itkin düşüb.
Bu barədə onun qohumu polisə müraciətində bildirib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, Buşkina Lyubov Nikolayevnana polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.