Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”

0

Bu ilin noyabrında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası Azərbaycan üçün olduqca önəmlidir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün COP29 və “Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş tədbirdə “Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu tədbir çərçivəsində bir çox müxtəlif səpkili konfranslar, müzakirələr, toplantılar, panellər baş tutacaq: “Noyabrda Bakı dünyanın diqqət mərkəzində olacaq”.

O, Azərbaycanın COP zirvəsinə ev sahibliyi etməsi münasibəti ilə bir daha təbrik edib.

Səfir qeyd edib ki, Türkiyə də bu tədbirdə geniş heyətlə yüksək səviyyədə iştirak edəcək: “Türkiyə COP-29 nazirliklər, media, bələdiyyələr, vətəndaş cəmiyyətləri yaxından izləyəcəklər. Türkiyə artıq növbəti COP-31-in keçirilməsi üçün öz namizədliyini irəli sürüb. Ölkəmiz də bu sahədə həyata keçirilən işlərdə öz töhfəsini verməyi hədəfləyir”.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu seçilib.

Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb.\\report\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »