İsveçrə millisinin sabiq futbolçusu Cerdan Şakirinin yeni klubu müəyyənləşib.
“Report” xəbər verir ki, 32 yaşlı vinger karyerasını ölkəsində davam etdirəcək.
“Bazel” təcrübəli oyunçu ilə üçillik müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, Cerdan Şakiri son olaraq ABŞ-də “Çikaqo Fayr”ın formasını geyinib. O, karyerası ərzində Almaniyada “Bavariya”, İtaliyada “İnter”, İngiltərədə “Liverpul” komandalarında da çıxış edib.