Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Laçın rayonuna səfəri çərçivəsində Cəbrayıl rayonu ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq keçirilib.
“Report” xəbər verir ki, tanışlıq çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilər barədə məlumat verilib.
Qeyd edək ki, avqustun 16-da Laçın şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçiriləcək.