Millət Vəkili Elnur Allahverdiyev seçildiyi dairənin qaziləri ilə görüşüb.

0

Müntəzəm olaraq, şəhid ailələri və qazilərlə görüşən Millət Vəkili Elnur Allahverdiyev bu dəfə də, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevlə bərabər dairənin bir qrup qəhrəmanları – Vətən müharibəsində iştirak edən qazilərlə görüşüb.
Çay süfrəsi arxasında keçirilən səmimi söhbət zamanı qazılərimizə öz ürək sözlərini çatdıraran Millət Vəkili Elnur Allahverdiyev bildirdi ki, – Şükürlər olsun, yaralı qazılərimiz sağalıb, iş-güc sahibidirlər. Müharibədən əvvəlki işlərinə bərpa olunanı da var, yeni işlə təmin olunanı da.
Onlarla söhbət etdikcə gözlərimiz önünə ötən ilin bu günləri gəlir. Bu gənclərin hər biri həddini aşmış düşmənin dərsini birdəfəlik vermək üçün könüllü cəbhəyə yazılır, o tarixi anı gözləyirdilər. Həqiqətən də birləşib, dəmir yumruq olub döyüşə yollandılar və işğalçıya elə bir zərbə endirdilər ki, bir il keçsə də, düşmən hələ də özünə gələ bilmir.

Onların bəzilərinin evlərində olmuşam, valideynlərini tanıyıram. Hər dəfə düşünürəm ki, Vətənin bu övladları qorxmaz, cəsur, vətənpərvər olmaqla yanaşı, həm də şəffaf, su kimi təmiz tərbiyyə sahibidirlər. Bu gənclərin valideynlərinə bir daha təşəkkür edirəm. Bəxtiyar müəllimin dünənki görüşdə dediyi kimi, onlar bizim tariximizi bizə qaytaran qəhrəmanlarımızdır. Biz unikal dövrdə yaşayırıq, çünki hər gün bu qəhrəmanları görə, övladlarımıza nümunə göstərə bilirik. Allah onlara cansağlığı versin, müalicəsi davam edən qazilərimiz tezliklə sağalsın. Daima xalqımızın, dövlətimizin yanında olsunlar.

Qarabağ Azərbaycandır!

Fuad QƏHRƏMANOV. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »