Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir.
İctimai Rəy xəbər verir ki, bunu Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib.
İdmançılarımız beş idman növündə – cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazandıqlarını xatırladan dövlətimizin başçısı bildirib: “Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.