Millət Vəkili Salyanın adına yaraşmayan və həqiqətdən uzaq böhtan xarakterli paylaşımlara qarşı sərt ziyalı mövqeyi nümayiş etdirməyə çağırış etdi.
Millət Vəkili Jalə Əhmədova Salyanda şəhid ailələri və müxtəlif sahələrini təmsil edən ziyalıları ilə görüş keçirdib.
Jalə Əhmədova çıxış edərək bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağını, zəfər tariximizə qəhrəmanlıq salnaməsi yazmış şəhidlərimizin və qazilərimizin şücaətinin gələcək nəsillər üçün örnək olduğunu, Salyan gənclərinin bu tarixin yazılmasında xidmətlərini əvəzsizdir.
Millət Vəkili çıxışı zamanı, Salyan ziyalılarının ölkəmizin, eləcə də rayonun ictimai həyatındakı rolunu xüsu vurğuladı və rayonun təəssübünü yüksək tutan ziyalılara səslənərək onları istər çalışdıqları sahədə, istərsə də ictimai-siyasi həyatda daha fəal olmağa, xüsusi ilə də sosial şəbəkələrdə əks olunan, Salyanın adına yaraşmayan və həqiqətdən uzaq böhtan xarakterli paylaşımlara qarşı sərt ziyalı mövqeyi nümayiş etdirməyə çağırdı.
Jalə Əhmədova çıxışının sonunda, ziyalılarımızın cəmiyyətdəki problemləri daha yaxından gördüklərinə görə, onların həlli üçün müvafiq aidiyyatı orqanlara müraciət etmələri ilə yanaşı, millət vəkili olaraq onun özünün də imkanlarından istifadə etməyi, gənclər arasında baş alıb gedən narkomaniyanın, zərərli vərdişlərin artmasının qarşısının alınmasında birlikdə mübarizə aparmağının vacibliyini xüsusi vurğuladı.
Tədbirdə iştirak edən şəhid atası Cahangir Qaraşov, ziyalılardan Məhəmməd Ağayev, Əlixeybər Axundov, Sahib Həsənov, Vaqif İslamov, Firdovsi Sarvanlı, Mənafağa Feyzullayev, Rüstəm Məlikov, Həsən Feyzullayev, Gülşən Piriyeva, Razıgül Dadaşova və başqaları çıxış edərək səmimi görüşə görə Millət Vəkilinə təşəkkür etdilər. Salyan rayonunun tarixi və bu günü ilə qürur duyduqlarını, bu yurdun adına ləkə gətirmək istəyənlərin əməllərini qətiyyətlə pislədiklərini ifadə etdilər.
Qeyd edim ki, Millət Vəkili Jalə Əhmədovanın növbəti görüşü Salyan gəncləri ilə keçiriləcək.
Fuad QƏHRƏMANOV İctimairey.az