Qarabağda sement zavodu açıldı – Arutyunyan detalları təqdim edb Dağlıq Qarabağda sement və tikinti materialları istehsalı üçün müasir bir zavod tikilib.

0

İctimairey.az xəbər verir ki, bu barədə qondarma “DQR prezidenti” Arayik Arutyunyan öz Facebook səhifəsində yazıb.
O, sahibkar Vahe Akopyanla açılışa dair razılığın 2020 -ci ilin sentyabrında Qarabağ müharibəsindən əvvəl əldə olunduğunu qeyd edib. – “Müharibədən sonra sahibkar nəinki biznes ideyasından əl çəkmədi, həm də proqramı həyata keçirdi” – Arutyunyan bildirib.
Onun sözlərinə görə, investisiya layihəsi 2 milyon dollara həyata keçirilib. Zavod sementdən başqa Qarabağda genişmiqyaslı tikinti işləri üçün, lazım olan digər tikinti materialları da istehsal edəcək.
Öz növbəsində “Savva” fondunun qurucusu və direktoru Vahe Akopyan qeyd edib ki, ildə 60-65 min ton sement istehsalı planlaşdırılır. Əsas satış bazarı Qarabağdır. Zavodda istehsal olunan məhsulların qiyməti başqa ölkələrdən idxal olunandan daha aşağı olacaq.
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »