Bakıda sünnət edilən 4 aylıq körpənin ölüm ilə bağlı TƏFƏRRÜAT

0

Bakıda sünnət edilən 4 aylıq körpənin ölüm səbəbi ilə bağlı bəzi detallar məlum olub.

Hadisənin baş verdiyi “Real Hospital”ın həkimi Samir Hacıbabayev Oxu.Az-a açıqlamasında bildirib ki, uşağın timus vəzisində böyümə olub.

İlkin ehtimala görə, körpədə tənəffüs problemi yaranıb:

“Biz hələ ehtimal edirik, təbii ki, müayinələrdən sonra dəqiq səbəbi bəlli olacaq. Amma ilkin ehtimala görə, körpədə timus vəzidə böyümə olduğu üçün onun fonunda zəiflik olub. Prosedur normal keçib, rahat da icra olunub. Heç bir fəsad olmayıb. Sünnət olunandan 20 dəqiqə sonra uşaq valideyninə təhvil verilib. Uşağın vəziyyəti pisləşib, nəfəs almağı çətinləşib. Körpə sünnətə qədər yoxlanışlardan keçmişdi, bizim xəstəxanada da yoxlanılıb. Başqa şəhərdən gətirilmişdi. Sünnət gündəlik aparılan prosedurdur. Sünnətqabağı genişmiqyaslı müayinə olunmur. Amma ki, klinik dəyərləndirmə aparmışdıq”.

Həkim bildirib ki, prosedur keyitmə ilə olub:

“İlkin keyitmədən sonra qan qazları deyilən müayinə aparılıb. Vurulan iynəyə qarşı bir maddə var, o yüksəlir, həmin maddə normasında olub. Uşaqda ola bilsin ki, tənəffüs problemi olub. Timusu böyük olan uşaqlarda fon olur. Sonradan bu uşaqlarda hər hansı prosedura adaptasiya prosesləri çətin olur. Timus vəzi elə yerdə yerləşir ki, nadir hallarda böyük olur”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »