“Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq”.
Bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.
O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib:
“İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır”. (Report)