İctimairey.az xəbər verir ki, Rambler, daha əvvəl jurnalist Jeyms Corbett və “The Highwire”-nin aparıcısı Delom Biqtri, dünya liderlərinin getdikcə daha çox “böyük sıfırlama şansı” olaraq koronavirusdan danışdıqlarına diqqət çəkdiklərini yazıb. Eyni zamanda, Kanadanın Baş naziri Jastin Trudeau, COVID-19 pandemiyasının “iqtisadi sistemləri yenidən düşünmək və həyata keçirməyə kömək edəcəyini vurğulayıb.
Trudeau, Britaniya Şahzadəsi Çarls və Boris Jonson ilə birlikdə ” yenidən böyük başlatma” və “ən yaxşısını yenidən qurmaq” sözlərindən istifadə edb. ABŞ prezidentliyinə namizəd Co Bayden də seçki kampaniyasında eyni şüarı isəsləndirib. Jurnalistlər, pandemiya adı altında bir inqilab və dünyanın qlobal yenidən bölünməsi hazırlandığı qənaətinə gəliblər.
BMT-nin Bioloji Silahlar Komissiyasının keçmiş üzvü İqor Nikulinin sözlərinə görə, yeni koronavirus bir Amerika laboratoriyasında yetişdirilmiş və oradan da “izlərini örtmək üçün” Çinə ötürülmüşdür.
Nikulin əmindir ki, pandemiyanın dünyaya paylanması “Yer əhalisini azaltmağa”, həmçinin dünya iqtisadiyyatının qlobal şəkildə yenidən formalaşmasına və dünya sərvətinin yenidən bölüşdürülməsinə yönəlib.
Eyni zamanda, qeyd edib ki, bu proses hələ davam edir və insanların, ilk növbədə Qərb ölkələrinin, peyvəndlərin köməyi ilə “etiketlənə” biləcəyinə inanır. “Bununla, insan harada olursa olsun hesablana bilər. Ümumiyyətlə, matrisə(qəlibə qoyulmağa) hazırlaşırıq” – deyə mütəxəssis əminliklə vurğulayıb.
İctimairey.az
Növbəti