“Bu davranış İranın Azərbaycana qarşı növbəti ifadəsidir.Xatırlayırsınızsa hələ ulu öndərimiz hakimiyyətdə olduğu illərdə Xəzərin Azərbaycana məxsus bölgəzində kəşfiyyat apardıqları zaman İranın Azərbaycana qarşı təxribatlar etdi, ciddi maneçilik törətdi. Ulu öndərimiz Türkiyə ilə əlaqələr saxladı və Türkiyənin şahinləri İranın bu davranışına cavab olaraq Azərbaycan səmasında eyni zamanda Xəzər dənizinin üzərində uçuşlar həyata keçirdi”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu fikirləri Adalet.az saytına açıqlamasında bildirib.
Deputat ötən gün İran xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin Türkiyə və Azərbaycanın Xəzər dənizində hərbi təlimləri ilə bağlı açıqlamasını şərh edərkən bir daha vurğulayıb ki, İranın Azərbaycana münasibəti müharibə dövründə də, müharibə dövründən sonrakı vaxtlarda da özünü biruzə verdi:”44 günlük vətən müharibəsi ərəfəsində İran Ermənistanı hərtərəfli şəkildə qidalandırırdı,ona hərtərəfli şəkildə yardım və köməyini əsirgəmirdi.Hətta özü silah-sursat verməklə kifayətlənmirdi. Özünün hava məkanından və quru yollarından istifadə edərək, Rusiyadan gələn, ölüm saçan silahlarıda öz ərazisindən rahat şəkildə Ermənistana ötürürdü:Ərzaq, sürgü yağları, yanacaq.
.. Elə müharibədən sonra da İranın davranışları heç bir əndazəyə, eyni zamanda normal qonşuluq münasibətləri çərçivəsinə sığmır. Azərbaycanın İrana qarşı beynəlxalq hüquq normalarına və mehriban qonşuluq münasibətlərinə söykənən davranışlarına uyğun gəlmir. Əgər İran təxribatçı hərəkətlərinə davam edəcəksə, Azərbaycan dövlətinin də bunun qarşısını alacaq .Azərbaycan güclü dövlətdi və əlbəttə ki, hər hansı bir ölkənin təxribatının qarşısını qətiyyətlə almaq gücü var ”- deyə millət vəkili vurğulayıb
İctimairey.az